Statistika Komitəsinin sədri maaşını FONDA KÖÇÜRDÜ
    • 24-03-2020, 14:43
    • 542

Statistika Komitəsinin sədri maaşını FONDA KÖÇÜRDÜ

Dövlət Statistika Komitəsinin rəhbərliyi Azərbaycan Respublikası Prezidentinin təşəbbüsünə qoşulub. 

Bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Dövlət Statistika Komitəsinin rəhbərliyi dövlət başçısının 2020-ci il 19 mart tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1 aylıq vəzifə maaşını köçürüb.

Komitənin əməkdaşlarını da bu nəcib təşəbbüsə qoşulmağa çağırıb. /Report/