Koronavirusa "yoluxan" zəncəfil - QİYMƏTİ 30 MANAT - VİDEOREPORTAJ
    • 31-03-2020, 14:31
    • 1 047

Koronavirusa "yoluxan" zəncəfil - QİYMƏTİ 30 MANAT - VİDEOREPORTAJ

İmmun sistemi gücləndirən, antibakterial,  iltihabəleyhinə xüsusiyyətlərə malik olan zəncəfil qədimdən müxtəlif xəstəliklərin dərmanı sayılıb.  İllər ötdükcə bu  bitkinin başqa dərdlərə də dərman olduğu ortaya çıxıb. Son dövrlər isə ondan daha çox detoks kimi olunurdu. Amma dünyanı lərzəyə salan koronavirus infeksiyası yayıldıqdan sonra bu şəfalı bitkiyə tələbat bir beş qat artıb. 

Artan isə təkcə tələbat yox, həm də qiymətdir. Bir neçə ay öncə kilosu 7 manata satılan zəncəfilin qiyməti hazırda paytaxtın bazar və marketlərində 30 manatdır.

Zəncəfilin qiymət artımı və fərqli qiymətə satılması ilə bağlı İqtisadiyyat Nazirliyinə sorğu ünvanladıq. Tezliklə nazirliyin cavabı da saytımızda dərc olunacaq.

News24.az Bakıda müxtəlif qiymətə satılan zəncəfil haqda videoreportajı təqdim edir: