SON DƏQİQƏ: Azərbaycanda daha 78 nəfərdə koronavirus aşkarlandı- 17 nəfərin vəziyyəti ağırdı
    • 4-04-2020, 14:47
    • 668

SON DƏQİQƏ: Azərbaycanda daha 78 nəfərdə koronavirus aşkarlandı- 17 nəfərin vəziyyəti ağırdı

Azərbaycan Respublikasında 78 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb.

Xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş həmin şəxslərdən 17 nəfərin vəziyyəti ağır, 26 nəfərinki orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Bu barədə News24.az-a Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahından məlumat verilib.

Bildiriir ki, ümumilikdə, hazırkı dövrə kimi ölkəmizdə koronavirus infeksiyasına yoluxmuş 521 şəxsdən 32 nəfəri müalicə olunaraq sağalmış, 5 nəfər vəfat etmiş, 484 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.