Magistraturaya növbəti tədris ili üçün qəbul planı AÇIQLANDI
    • 21-05-2020, 10:24
    • 606

Magistraturaya növbəti tədris ili üçün qəbul planı AÇIQLANDI

Magistraturaya 2020/2021-ci tədris ili üçün qəbul planı açıqlanıb.

News24.az xəbər verir ki, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Apa-nın sorğusuna cavab olaraq bildirib ki, 2020/2021-ci tədris ili üçün magistraturaya 9800 plan yeri ayrılıb.

11600 nəfər isə magistraturaya müsabiqə balını qazanıb.