Keçmiş başçının qardaşı da işdən çıxarıldı
    • 29-01-2019, 10:27
    • 1 026

Keçmiş başçının qardaşı da işdən çıxarıldı

Xətai rayon İcra hakimiyyətinin sabiq icra başçısı Razim Məmmədovun qardaşı işdən azad olunub.

Sabiq icra başçısının Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər İdarəsinin Kiçik sahibkarlıqla iş şöbəsinin rəhbəri  işləyən qardaşı Mübariz Məmmədov işdən çıxarılıb.

Xatırladaq ki, Razim Məmmədov ötən ilin dekabrın 13-də Xətai  icra hakimiyyətinin başçısı vəzifəsindən azad olunub.

//Unikalorg