Quda işdən çıxarılıb? - Rəsmi açıqlama

Sosial

Bəzi xəbər saytlarında və sosial media platformalarında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində guya kadr islahatlarına başlanıldığı və bəzi əməkdaşların işdən azad olunması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bu barədə News24.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Agentlikdə heç bir əməkdaşın işdən azad olunması ilə bağlı əmr verilməyib və belə bir prosedur həyata keçirilmir: Yayılan məlumatlar əsassızdır.

Məlumata görə, agentlikdə heç bir əməkdaşın işdən azad olunması ilə bağlı əmr verilməyib və belə bir prosedur həyata keçirilmir: “Yayılan məlumatlar əsassızdır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşların və medianın diqqətinə çatdırır ki, bütün rəsmi açıqlamalar yalnız İctimaiyyətlə əlaqələr şöbəsi vasitəsilə təqdim olunur və digər mənbələrdən alınan məlumatlar həqiqətə uyğun olmaya bilər”.

Qeyd edək ki, AAYDA İdarə Heyətinin sədrinin 70 yaşlı müşaviri Əflatun Qasımovun vəzifəsindən azad edilməsi barədə məlumat yayılıb.

O, uzun illər Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəisi vəzifəsində çalışıb. Ə.Qasımov sözügedən qurumda çalışdığı dövrdə AAYDA İdarə Heyətinin sədri Saleh Məmmədovla quda olub.