Ağdamda Su çərşənbəsi münasibətilə ilk tonqal qalandı

Ağdamda Su çərşənbəsi münasibətilə ilk tonqal qalandı Sosial

Ağdam şəhərində Su çərşənbəsi münasibətilə ilk tonqal qalanıb.

News24.az xəbər verir ki, Ağdam şəhərində Su çərşənbəsi münasibətilə işğaldan azad olunmuş ərazidə ilk bayram tonqalı qalanıb.

Şəhər sakinləri tonqal ətrafında bir araya gələrək bayram əhval-ruhiyyəsini bölüşüb.

Uşaqlar tonqal üzərindən tullanaraq qədim inanclara uyğun şəkildə ilin ağırlıq və çətinliklərini odun alovunda yandıraraq arxada qoyublar.

Qeyd edək ki, işğaldan azad edilən Ağdam şəhərində bu ilin əvvəlindən etibarən sakinlərin məskunlaşdırılmasına başlanılıb.

Hazırda Ağdam şəhər 2-ci yaşayış kompleksində 223 ailə (821 nəfər) yaşayır. (APA)