Şair Qərib Mehdi vəfat etdi
Sosial
Əməkdar jurnalist, şair Qərib Mehdi 90 yaşında vəfat edib.
News24.az xəbər verir ki, bu barədə teatrşünas Anar Bürcəliyev məlumat verib.
O bildirib ki, şair iki gün əvvəl səhhətində yaranmış ani problemlər səbəbilə xəstəxanaya yerləşdirilib.
Qərib Mehdi sabah Gəncədə “İmamzadə” qəbiristanlığında dəfn ediləcək. (APA)