Anar Əsədli həbs edildi
Sosial
Azərbaycan Yüksəliş Partiyasının (red.-ləğv edilib) sədri Anar Əsədli həbs edilib.
News24.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsi belə qərar çıxarıb.
Məlumatı onun vəkili Hikmət Əliyev saytımıza təsdiq edib.
Qeyd edək ki, Anar Əsədli barəsində 3 il əvvəl külli miqdarda dələduzluq maddəsilə başlanmış cinayət işi bu yaxınlarda Baş Prokurorluq tərəfindən yenilənib. İş baxılması üçün məhkəməyə göndərilmişdi. (Qafqazinfo.az)