Astarada 1700 abonentin qazı kəsiləcək
Sosial
Astarada qazın verilişində fasilə yaranacaq.
News24.az xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, Astara şəhəri 28 May küçəsində yerləşən 33 mənzilli çoxmərtəbəli yaşayış binasına yeni çəkilmiş qaz xəttinin mövcud qazpaylayıcı şəbəkəyə qoşulması məqsədilə, 25.02.2026-cı il tarixdə saat 14:00-dan etibarən işlər başa çatanadək şəhərin H.Əliyev prospekti, Qum, Azərbaycan, Nizami, Füzuli, M.Hüseynov və 28 May küçələri üzrə ümumilikdə 1700 abonentin qaz təchizatının müvəqqəti olaraq dayandırılması planlaşdırılır.
“Qaz cihazlarının daim nəzarətdə saxlanılması və təhlükəsizlik qaydalarına ciddi şəkildə riayət olunması xahiş olunur”, - deyə əlavə edilib.