Azərbaycanda II Dünya müharibəsi iştirakçılarının sayı...
Sosial
Hazırda ölkə üzrə 14 nəfər İkinci Dünya müharibəsi iştirakçısı var.
News24.az xəbər verir ki, bu barədə Bizim.Media-ya Dövlət Sosial Müdafiə Fondundan bildirilib.
Qeyd edilib ki, İkinci Dünya müharibəsi iştirakçıları aylıq pensiya və təqaüdlə, hər il 9 May ərəfəsində Prezidentin sərəncamı əsasında birdəfəlik yardımla təmin edilirlər.