Azərbaycanda uşaq və ailələrə dəstək üçün üç yeni mərkəz açılacaq
Sosial
Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə uşaq və ailələrə dəstək məqsədilə 3 yeni mərkəzin açılması nəzərdə tutulur.
News24.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinə keçirilmiş mediatur çərçivəsində mərkəzin direktoru Sitarə Əhmədova bildirib.
Qeyd edilib ki, hazırda ölkə ərazisində uşaq və ailələrə dəstək məqsədilə ümumilikdə 11 mərkəz fəaliyyət göstərir. Hər bir mərkəz yerləşdiyi ərazi üzrə bütün kənd və qəsəbələrə xidmət edir.