Azərbaycanda yaşamaq istəyənlər çoxalır: bir ayda 6040 müraciət

Azərbaycanda yaşamaq istəyənlər çoxalır: bir ayda 6040 müraciət Sosial

Cari ilin yanvar ayı ərzində ölkə ərazisində müvəqqəti yaşama icazəsinin alınması (müddətinin uzadılması) ilə bağlı 6040, daimi yaşama icazəsinin alınması (müddətinin uzadılması) ilə bağlı 449 müraciət daxil olub.

News24.az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

Həmçinin bildirilib ki, müvafiq dövr ərzində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin alınması və müddətinin uzadılması ilə bağlı 838 müraciət daxil olub.

DMX onu da qeyd edib ki, 2026-cı ilin yanvar ayı ərzində miqrasiya qanunvericiliyinin pozulması ilə bağlı Dövlət Miqrasiya Xidməti tərəfindən ümumilikdə 1962 qərar qəbul edilib. (APA)