AZƏRTAC-a yeni Baş redaktor təyin olundu - FOTO
Sosial
AZƏRTAC-da kadr dəyişikliyi olub.
News24.az konkret.az-a istinadla bildirir ki, Abbasəli Yadigarov Azərbaycan Dövlət İnformasiya Agentliyinin Azərbaycan dilində informasiya Baş redaksiyasının Baş redaktoru vəzifəsinə təyin olunub.
Sabiq baş redaktor Elvin Mövsümov isə AZƏRTAC-ın Almaniya üzrə müxbiri vəzifəsinə təyinat alıb.
Xatırladaq ki, Abbasəli Yadigarov buna qədər siyasi və rəsmi xəbərlər redaksiyasının müdir idi.
O, 15 ilə yaxındır, AZƏRTAC-da çalışır.