Sabah Bakı metrosunda iş saatı uzadılacaq

Sabah Bakı metrosunda iş saatı uzadılacaq Sosial

Bakı Metropoliteni "Qarabağ" FK-nın UEFA Çempionlar Liqası oyunu ilə əlaqədar uzadılmış iş rejimində çalışacaq.

Bu barədə News24.az-a səhmdar cəmiyyətindən bildirilib.

Belə ki, dekabrın 10-dan 11-nə keçən gecə bütün stansiyalar saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq. Metropoliten azarkeşlərin rahat və təhlükəsiz hərəkəti üçün gücləndirilmiş rejimdə işləyəcək. "Gənclik", "Nərimanov" və "28 May" stansiyalarında nəzarət mexanizmləri və işçi qüvvəsi artırılacaq. Ehtiyac yaranarsa, ehtiyat qatarlar xəttə buraxılmağa hazır saxlanılacaq. Səfəriniz rahat, oyunumuz uğurlu olsun!