Bakıda nənəsinə görə dava salan 23 yaşlı oğlan - həbs edildi

Bakıda nənəsinə görə dava salan 23 yaşlı oğlan - həbs edildi Sosial

Bakıda xəstəxanada ictimai asayişi pozan gənc həbs edilib.

News24.az -ın əldə etdiyi məlumata görə, hadisə sentyabrın 22-də Xətai rayonunda yerləşən Əfəndiyev adına Tibb Mərkəzində baş verib.

Belə ki, 2002-ci il təvəllüdlü F.Hüseynov (şərti) uşaqlıqdan birgə yaşadığı nənəsinin halı pisləşdiyi üçün onu xəstəxanaya gətirib. Lakin xəstəxanada boş yer olmadığı və ahıl qadını qəbul edə bilməyəcəklərini bildiriblər. Buna əsəbiləşən gənc qışqıraraq dava salıb, onu sakitləşdirməyə çalışan şəxslərə hücum edərək uca səslə söyüş söyüb.

Hadisə yerinə gələn polis əməkdaşı onu asayişə dəvət etsələr də, F.Hüseynov əməllərinə davam edib.  O daha sonra nənəsini xəstəxanada qoyaraq ordan qaçıb.

Barəsində şikayət edilən F.Hüseynov saxlanılıb.

Xətai rayon Məhkəməsinin qərarı ilə ona 8 sutkalıq inzibati həbs verilib.

Yaşar Araz