Bakını duman bürüdü, görünüş məhdudlaşdı

Bakını duman bürüdü, görünüş məhdudlaşdı Sosial

Hazırda Bakıda və Abşeron yarımadasının bəzi yerlərində müşahidə olunan duman sinoptik şəraitlə əlaqədar olaraq gözlənilən atmosfer hadisəsidir.

Bu barədə News24.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, dumanda görünüş məsafəsi 50–500 metrədək məhdudlaşır.

Günün ikinci yarısından şimal-qərb küləyinin güclənməsi dumanın dağılmasına səbəb olacaq.