Bakının ən hündür binası o olacaq

Bakının ən hündür binası o olacaq Sosial

"Sea Breeze” kurort şəhərciyində ölkənin ən hündür göydələni inşa olunacaq.

News24.az xəbər verir ki, “Cipriani Tower” adlanan yeni qüllə Xəzər dənizi sahilində salınan “Halfmoon” adasında yerləşəcək.

323 metr hündürlüyə malik olacaq bina tamamlandıqdan sonra Azərbaycanın ən hündür tikilisi statusunu qazanacaq. Qüllənin memarlıq konsepsiyası dünyaca tanınmış memar Shaun Killa tərəfindən hazırlanıb.

Xatırladaq ki, hazırda ölkədə ən hündür bina Bakı şəhəri, Heydər Əliyev prospekti 109 ünvanında inşa edilmiş 52 mərtəbəli tikilidir. Sözügedən bina istifadəyə verildikdən sonra 33 mərtəbəli “Flame Towers” kompleksini geridə qoyaraq lider mövqeyə yüksəlmişdi. (Milli.az)