Bakının iki rayonunda qaz kəsiləcək
Sosial
Bu gün paytaxtın iki rayonunun bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq.
"Azəriqaz"dan News24.az-a verilən məlumata görə, Xəzər rayonu, Binə qəsəbəsində və Nizami rayonunda aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar 20.02.2026-cı il saat 10:00-dan etibarən bəzi küçələrin qaz təchizatı müvəqqəti dayandırılacaq.