Biləsuvar və Cəlilabadda güclü külək fəsadlar törətdi

Biləsuvar və Cəlilabadda güclü külək fəsadlar törətdi Sosial

Biləsuvar və Cəlilabad rayonlarında güclü külək bir sıra fəsadlara səbəb olub.

News24.az xəbər verir ki, güclü külək hər iki rayonda elektrik təsərrüfatına ciddi ziyan vurub.

Bəzi ərazilərdə elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

Biləsuvarda külək irigövdəli ağacları kökündən çıxarıb.

Ağaclardan biri yaşayış evinin üzərinə düşərək dam örtüyünə ziyan vurub.

Hazırda bölgədə leysan xarakterli yağış müşahidə olunur. (APA)