Bir ayda 200-dən çox şəxs adını dəyişdirdi
Sosial
Bu ilin yanvar ayı ərzində 216 şəxsin soyadının, adının və ya ata adının dəyişdirilməsi qeydə alınıb.
News24.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, onlardan 45-i kişi, qalanları qadındır.
Qeyd olunub ki, adlar, soyadlar daha çox vətəndaşın istəyi ilə, o cümlədən nikahdan əvvəlki soyada qayıtmaq, yaxud ərlə (arvadla) eyni soyadı daşımaq arzusundan dəyişdirilib. (Teleqraf)