Bu bölgədə qarın hündürlüyü 3 santimetrə çatdı
Sosial
Naxçıvanın Parağaçay Qar Uçqunu Stansiyasında qar örtüyünün hündürlüyü 3 santimetr qeydə alınıb.
News24.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzi saat 18:45-ə olan məlumatı yayıb.
Məlumata əsasən, bölgədə hava şəraiti dəyişkən olmaqda davam edir.
Yüksək dağlıq ərazilərdə yağıntıların intensivləşməsi ehtimal edilir.
Hidrometeorologiya Mərkəzi sürücülərə və dağlıq ərazilərə səfər edən şəxslərə ehtiyatlı olmağı tövsiyə edir.