Bu ərazilərdə 5 saat işıq olmayacaq
Sosial
Biləcəri qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
News24.az xəbər verir ki, bununla bağlı “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, bu gün Biləcəri Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində 6 kV-luq hava xətlərində təmir-təftiş işləri həyata keçiriləcək.
Bununla əlaqədar olaraq saat 10:00-dan 17:00-dək “Embawood” zavodu və Binəqədi kəndi İsfahani küçəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir-təftiş işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.