Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi

Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi Sosial

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə fevralın 1-də Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edir.

News24.az xəbər verir ki,  bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Qatar Bakıdan Ağstafaya saat 08:30-da, Ağstafadan Bakıya isə saat 17:20-də yola düşəcək.

Eyni zamanda, bu istiqamətlər üzrə gündəlik Bakı–Qazax–Bakı marşrutu ilə də səfər edə bilərsiniz.

Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə etmək olar.