Bu kollecə yeni direktor təyin olundu - Foto

Bu kollecə yeni direktor təyin olundu - Foto Sosial

Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru vəzifəsinə təyinat olub.

News24.az xəbər verir ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Nigar Səfxanova bu vəzifəyə gətirilib.

Yeni təyin olunmuş direktor kollektivə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Ali və orta ixtisas təhsili müəssisələri ilə iş şöbəsinin müdiri Samir Həmidov tərəfindən təqdim edilib.

Qeyd edək ki, N. Səfxanova son təyinatadək Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində tədris işləri üzrə direktor müavini kimi fəaliyyət göstərib.

Bu kollecə yeni direktor təyin olundu - Foto