Bu küçədə hərəkət məhdudlaşdırılacaq - Sürücülərin nəzərinə!

Bu küçədə hərəkət məhdudlaşdırılacaq - Sürücülərin nəzərinə! Sosial

"Aparılacaq təmir işləri ilə əlaqədar olaraq, 25 oktyabr saat 00:00-dan etibarən Bakı Şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsində nəqliyyat vasitələrinin hərəkəti işlər tamamlanana qədər tam məhdudlaşdırılacaq".

Bu barədə News24.az-a AAYDA-dan məlumat verilib.

"Sürücülər təmir müddətində alternativ olaraq Müzəffər Nərimanov küçəsindən istifadə edə bilərlər", - məlumatda qeyd olunub.