Bu millət vəkilləri 5 dil bilir
Sosial
Azərbaycanda parlament üzvlərinin dil bilgisi həmişə maraq doğurub. Deputatların hamısı ən azı bir xarici dildə sərbəst danışa bilirlər.
News24.az xəbər verir ki, Milli Məclisin saytında vəkillərin böyük əksəriyyətinin rus və ingilis dillərini bildiyinə dair məlumatlar yer alıb. Ərəb, fars, alman, ivrit dilini bilən deputatlar da var.
Araşdırma zamanı məlum olub ki, Milli Məclisin iki üzvü - Rafael Hüseynov və Razi Nurullayev doğma Azərbaycan dili də daxil olmaqla 5 dildə sərbəst danışa və yaza bilirlər.
Qeyd edək ki, 74 yaşlı Rafael Hüseynov filologiya elmləri doktoru, professordur. O, Azərbaycan, rus, ingilis, fars və tacik dillərində sərbəst danışır və yazır.

Milli Məclisin 5 dil bilən digər üzvü isə Razi Nurullayevdir. Millət vəkili ana dili ilə yanaşı, rus, ingilis, fransız və alman dillərini də yüksək səviyyədə bilir.

Səməd Seyidov, Kamal Cəfərov, Elşən Musayev və Bəhruz Məhərrəmov isə ana dilimiz daxil olmaqla 4 dil bilirlər. (Metbuat.az)