Bu qurumda kütləvi ixtisarlar başladı – Təkcə 70 nəfər...

Bu qurumda kütləvi ixtisarlar başladı – Təkcə 70 nəfər... Sosial

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətində (ASCO) kütləvi ixtisarlar başlayıb.

News24.az xəbər verir ki, “Yeni Sabah”ın özəl mənbələrdən əldə etdiyi xəbərə görə, işdən çıxarılmalar ASCO-nun mərkəzi aparatını və tabeli qurumlarını əhatə edir.

İxtisarların “Xəzər Dəniz Gəmiçiliyi”nin yeni sədri Əfqan Cəlilovun tapşırğı ilə həyata keçirildiyi iddia olunur.

Məlumata görə, işçilərə məcburi ərizələr yazdırılır, amma bunun səbəbi ilə bağlı heç bir izahat verilmir.

Bildirilib ki, ASCO-nun təkcə tabeli idarələrindən birində 70 nəfərə işdən azad olunacaqları barədə xəbərdarlıq edilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin 16 yanvar 2026-cı il tarixli sərəncamı ilə Rauf Vəliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. Dövlət başçısının digər sərəncamı ilə Əfqan Cəlilov qurumun sədri təyin olunub.