Bu rayonun kəndlərində qazın verilişi dayandırılacaq

Bu rayonun kəndlərində qazın verilişi dayandırılacaq Sosial

Babək rayonunun bəzi kəndlərində qazın verilişi dayandırılacaq.

News24.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, yanvarın 21-də saat 10:30-dan 11:30-dək Qahab, Naxışnərgiz, Nəhəcir, Göynük, Nəcəfalidizə, Yarımca, Hacıvar, Badaşqan, Şəkərabad kəndlərində təmir bərpa işləri ilə əlaqədar olaraq 2 179 abonentin qaz verilişində məhdudiyyət olacaq.