"Bu yara ömürlük qalacaq" - Mütəxəssislər xəbərdarlıq edirlər - Video
Sosial
Bu gün cəmiyyətimizdə onlarla azyaşlı qız uşağı uşaqlığını geridə qoyaraq qadın olmağa məcbur edilir. Bədən hələ hazır olmadığı halda həyat onlardan böyüklük tələb edir.
News24.az-a açıqlama verən Azərbaycan Uşaq Birliyinin rəhbəri Kəmalə Ağazadə bildirib ki, 17-18 yaş aralığındakı uşaqların erkən nigaha cəlb olunması qanunla qadağan edilib və bununla bağlı yüksək cərimələr və həbs tədbirləri nəzərdə tutulub. Lakin təşkilata müraciət edən qız uşaqları arasında ildə bir dəfə belə hallar hələ də baş verir:
"Həmin qız uşaqlarının doğumu həddindən artıq ağrılı keçir və bu yara onların ömrü boyu qalır".
Belə qızlar qorxu içində böyüyür, cəmiyyətə güvənini itirir və gələcəkdən çəkinir. Mütəxəssislər bildirir ki, onların cəmiyyətə uyğunlaşması gec və çətin baş verir.
Ginekoloq Təranə Həsənova əlavə edib ki, az yaşda hamiləlik həm fiziki, həm də psixoloji problemlərə səbəb olur:
"Doğuş zamanı baş verə biləcək bütün patoloji hallar burada gözlənilir".
Daha ətraflı RTV-nin videomaterialında: