İcbari tibbi sığortada DƏYİŞİKLİK – Maaşdan tutulan məbləğ ARTIRILDI?
Sosial
İcbari tibbi sığorta haqqının məbləğinə dəyişiklik edilib.
News24.az xəbər verir ki, bu sözləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev “2025-ci ilin yekunları və qarşıdakı dövr üçün hədəflər” mövzusunda keçirilən mətbuat konfransı zamanı deyib.
O bildirib ki, qeyri-dövlət və qeyri-neft/qaz sektorunda işləyənlər üzrə sığortahaqqının hesablanması qaydası dəyişdirilib:
"İşəgötürən tərəfindən işçinin əməkhaqqının 2500 manatadək olan hissəsindən 2 %, 2500 manatdan yuxarı olan hissəsindən 0,5 %, işçi tərəfindən əməkhaqqının 2500 manatadək olan hissəsindən 2 %, 2500 manatdan yuxarı olan hissəsindən 0,5 %, əvvəl bu məbləğ 8000 manat idi".