Cənubi Muğan kanalına suyun verilişi dayandırılacaq

Cənubi Muğan kanalına suyun verilişi dayandırılacaq Sosial

Cənubi Muğan kanalına sabahdan suyun verilişi müvəqqəti dayandırılacaq.

News24.az xəbər verir ki, buna səbəb Bəhramtəpə Hidroqovşağında aparılacaq təmir işləridir.

Kanala suyun 10 gün sonra veriləcəyi gözlənilir.

Qeyd edək ki, Cənubi Muğan kanalı 1960-cı ildə istismara verilib. Uzunluğu 65 kilometrdir. Onun suyundan Azərbaycanın üç rayonunda - İmişli, Biləsuvar və Cəlilabadda istifadə olunur.