Daha bir şəhərdə güzəştli mənzillərin inşasına başlanılır

Daha bir şəhərdə güzəştli mənzillərin inşasına başlanılır Sosial

Şəmkir şəhərində yeni güzəştli mənzillərin inşasına başlanılır.

News24.az xəbər verir ki, bu barədə "iqtisadiyyat.az" Mənzil İnşaatı Dövlət Agentliyindən (MİDA) məlumat əldə edib.

Məlumata görə, ilkin mərhələdə 5.76 ha torpaq sahəsində yaşayış kompleksinin layihələndirilməsi işləri aparılacaq.

Belə ki, MİDA layihələndirilmə işlərinin icrasını "Era Design Group" MMC həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, 5.76 ha torpaq sahəsində yaşayış kompleksinin layihələndirilməsi 597 670 manata başa gələcək.

Qeyd edək ki, MİDA bir müddət əvvəl yaşayış kompleksinin layihələndirilməsi işləri ilə bağlı tender elan etmişdi.