DİM AÇIQLADI: Daha bir imtahan elektron formada keçiriləcək
Sosial
Bu il rezidentura üzrə imtahanların elektron qaydada təşkili planlaşdırılır.
News24.az-ın məlumatına əsasən, bu barədə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə imtahan rəhbərləri və zal nəzarətçiləri ilə keçirilən görüş zamanı danışıb.
O bildirib ki, ötən il ərzində vətəndaşlara 13 milyona yaxın elektron xidmət təqdim olunub, eyni zamanda 300-dən artıq imtahan təşkil edilib.
Sədr vurğulayıb ki, hər bir imtahanın düzgün keçirilməsində nəzarətçilər və imtahan rəhbərləri mühüm rol oynayırlar:
“Yazı işlərinin qiymətləndirilməsi prosesində 2000-3000 marker müəllim iştirak edir. Nəzarətçi müəllim imtahan rəhbəri vəzifəsinə seçilərkən onun mütləq sertifikasiya mərhələsindən keçməsi nəzərə alınır. Nəzarətçilər bilməlidirlər ki, imtahanlar tədricən elektron formata keçirilir. Məqsəd bu il rezidentura imtahanlarının tam şəkildə rəqəmsal sistemlə həyata keçirilməsidir”.