DİM-dən maraqlı statistika: İmtahan nəzarətçilərinin çoxu hansı ixtisasdandır?

DİM-dən maraqlı statistika: İmtahan nəzarətçilərinin çoxu hansı ixtisasdandır? Sosial

Təhsil sahəsində fəaliyyət göstərən nəzarətçilərin ixtisaslar üzrə bölgüsü ilə bağlı statistik məlumatlar açıqlanıb.

News24.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin fevralın 4-də keçirilən tədbirində DİM-in Təşkilati-metodik təminat, təlimlər və regional bölmələrlə iş şöbəsinin müdiri Adıgözəl Həbibov bildirib. O qeyd edib ki, nəzarətçilərin ən böyük hissəsi ibtidai sinif müəllimliyi ixtisasına malik olan şəxslərdir:

"Bu kateqoriya ümumi nəzarətçilərin 19,7 faizini təşkil edir. Nəzarətçilərin 12,8 faizi digər ixtisaslara, 10,6 faizi isə tarix ixtisasına aiddir. Fizika ixtisası üzrə nəzarətçilərin payı 7,9 faiz, coğrafiya və biologiya üzrə isə hər biri 7,3 faiz təşkil edir. Kimya ixtisası 5,7 faiz, riyaziyyat 5,1 faiz, ingilis dili isə 4,4 faiz paya malikdir.

Bundan əlavə, texnologiya 3,5 faiz, ana dili 3,3 faiz, informatika 2,7 faiz, psixologiya 2,4 faiz, idman 1,9 faiz, rus dili və ədəbiyyatı 1,6 faiz, musiqi və rəsm (hər biri 1,4 faiz), eləcə də digər xarici dillər (1 faiz) üzrə nəzarətçilər də statistikada yer alıb.

DİM rəsmisi qeyd edib ki, nəzarətçilər bazasının 81 faizi riyaziyyat, ingilis dili, kimya, coğrafiya, biologiya, fizika, tarix, ibtidai sinif müəllimliyi ixtisaslarına və pedaqoji profilli olmayan digər ixtisaslara malik şəxslərdən ibarətdir:

"2022–2024-cü illərin göstəriciləri ilə müqayisədə cari ildə ibtidai sinif müəllimliyi, tarix və ingilis dili ixtisasları üzrə nəzarətçilərin sayında azalma müşahidə olunub. Coğrafiya, kimya, ana dili və ədəbiyyat, idman, texnologiya, rus dili və ədəbiyyatı, eləcə də digər xarici dillər üzrə göstəricilər sabit qalıb. Riyaziyyat, musiqi, rəsm, psixologiya və pedaqoji profilli olmayan ixtisaslar üzrə isə artım qeydə alınıb. Fizika və biologiya ixtisasları üzrə əvvəlki illərdə sabitlik müşahidə olunsa da, cari ildə azalma baş verib".