Dövlət Komitəsinin Aparat rəhbəri vəfat etdi - Yeniləndi

Dövlət Komitəsinin Aparat rəhbəri vəfat etdi - Yeniləndi Sosial

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Nəriman Qurbanov vəfat edib.

News24.az-ın xəbərinə görə, Nəriman Qurbanov bu gecə dünyasını dəyişib.

Onun ölüm səbəbi ürəktutması olub.

Qeyd edək ki, Nəriman Əhmədağa oğlu Qurbanov 1960-cı ilin 20 oktyabrında Bakıda anadan olub. Azərbaycan dövlət xadimi, əməkdar dövlət qulluqçusu, Azərbaycan Respublikası Baş Dövlət Vergi Müfəttişliyi rəisinin köməkçisi, Bakı şəhər Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini, Diasporla İş üzrə Dövlət Komitəsinin Aparatının rəhbəri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzində müşavir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində Protokol xidməti və dövlət əhəmiyyətli tədbirlərin təşkili sektorunun müdiri, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Daxili nəzarət sektorunun müdiri vəzifəsində çalışıb.

Sonuncu vəzifəsi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparatının rəhbəri, dövlət qulluğunun baş müşaviri olub.

Nəriman Qurbanov görkəmli yazıçı və ssenarist, “Azərbaycanfilm” kinostudiyasının baş redaktoru olmuş Əhmədağa Muğanlının oğlu idi.(APA)

09:17


Oktyabrın 23-ü saat 21:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə N.Nərimanov, Ə.Əliyev küçəsi ərazisindən çağırış daxil olub. Təcili tibbi yardım briqadası tərəfindən 65 yaşlı (kişi) şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb.

Bu barədə News24.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.