Elə qar yağdı ki, 3 gün öncə vəfat edən şəhid bacısı indi dəfn edildi – Video
Sosial
Lerikdə üç gün öncə 1-ci Qarabağ müharibəsi şəhidi Qənbərov Xalıq Şəxşin oğlunun bacısı Qənbərova Əntiqə vəfat edib.
News24.az xəbər verir ki, yağan güclü qar səbəbindən mərhum bugün axşam saatlarında dəfn olunub.
O, rayonun Barzavu kəndində torpağa tapşırılıb.
Güclü qar və çətin yol şəraiti mərasimin həyata keçirilməsini çətinləşdirsə də, kənd əhalisinin həmrəyliyi sayəsində dəfn mümkün olub.
Qeyd edək ki, Lerik rayonu X.Qənbərov adına Barzavu kənd ümumi orta umumtəhsil məktəbi həmin şəhidin adını daşıyır. (Qafqazinfo)