Şeyx Əbdülün son durumu açıqlandı
Sosial
Xalq artisti Şeyx Əbdül Mahmudovun vəziyyəti açıqlanıb.
Bu barədə News24.az-a Xalq artistinin özü məlumat verib.
“Özümdə xeyli irəliləyiş hiss edirəm. Hazırda mənə ən çox təsir edən sevgi və qayğıdır. Sağ olsunlar, həkimlər mənə böyük diqqət və qayğı göstərirlər”, – deyə kinorejissor bildirib.
Xalq artisti hazırda Bakıda yerləşən özəl klinikalardan birində müalicəsinin davam etdirildiyini qeyd edib.
Qeyd edək ki, xalq artisti yanvarın 29-u mədə-bağırsaq sistemi və digər sağlamlıq problemləri səbəbindən xəstəxanaya yerləşdirilib.