Fərid Qayıbov regional idarəyə yeni müdir təyin etdi – Foto
Sosial
Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinə yeni rəis təyin edilib.
News24.az xəbər verir ki, Gənclər və İdman naziri Fərid Qayıbov əmri ilə sözügedən vəzifəyə Elşən Hüseynov təyin olunub.
Yeni rəis daha əvvəl Gənclər və İdman Nazirliyinin Vətənpərvərlik tərbiyəsi sektorunun müdiri olub.
Qeyd edək ki, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elvin Quliyev bir neçə gün əvvəl vəzifəsindən azad olunub. (Teleqraf)