Futbol məktəbində baş verən yanğın söndürülüb - YENİLƏNİB

Futbol məktəbində baş verən yanğın söndürülüb - YENİLƏNİB Sosial
Bakı şəhərinin Binəqədi rayonunda futbol məktəbində yanğın baş verməsi barədə xəbər vermişdik.

FHN-nin Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, yanğın saat 09:48-də Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hazırda faktla bağlı araşdırma aparılır.

********
 "Vətən" Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Futbol Məktəbinin ümumi sahəsi 800 m² olan birmərtəbəli təlim məşq binasında sauna otağının lambirindən ibarət üzlüyü 40 m² sahədə və dam örtüyünün yanar konstruksiyaları 600 m² sahədə yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.