Gəncədə yol qəzası törədən - SÜRÜCÜ SAXLANILDI

Gəncədə yol qəzası törədən - SÜRÜCÜ SAXLANILDI Sosial
Gəncədə yol-nəqliyyat hadisəsi törədən sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 23-də Gəncə şəhər sakini Ə .Əflakinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü, şəhər sakini N. Seyidağayev saxlanılıb.