Hər kəsin bilməli olduğu mərkəz - Uşaq və ailələrə dəstək mərkəzi

Hər kəsin bilməli olduğu mərkəz - Uşaq və ailələrə dəstək mərkəzi  Sosial

Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinə mediatur təşkil edilib.

News24.az xəbər verir ki, bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinə mediatur keçirilib. Tədbir qeyri-hökumət təşkilatlarının nümayəndələri, jurnalistlər və blogerlər üçün təşkil olunub.

Mediatur zamanı iştirakçılara mərkəzin fəaliyyəti barədə ətraflı məlumat verilib. Mərkəzin psixoloqu Aytəkin Məmmədova və sosial iş mütəxəssisi Aysun Kərimova Xəzər rayonu üzrə əhalinin sosial vəziyyəti haqqında məlumat təqdim ediblər.

Qeyd edilib ki, 2025-ci ildə Xəzər rayonu ərazisində ümumi əhalinin sayı 287 030 nəfər, ailələrin sayı isə 67 032-dir. 0-18 yaş qrupunda oğlan uşaqlarının sayı 28 500, qızların sayı isə 25 287 nəfərdir. Məişət zorakılığına məruz qalan qadınların sayı 6, kişilərin sayı isə 1 nəfər təşkil edir.

Mərkəzə daha çox ailədaxili münaqişə, ailə münasibətləri, zorakılıq və sığınacaq, sosial və maddi problemlərlə bağlı müraciətlər olur. Həmçinin mərkəz erkən nikah halları, zorakılıq, zərərli vərdişlər, təhsildən yayınma və ağır sosial vəziyyət halları ilə də məşğul olur.

Hazırda mərkəzdə psixoloji və sosial xidmətlər göstərilir. Eyni zamanda, 0-5 yaş arası uşaqlara sosial inkişaf bacarıqlarının yoxlanılması üçün "Denver II" testi keçirilir.

Hər kəsin bilməli olduğu mərkəz - Uşaq və ailələrə dəstək mərkəzi  Hər kəsin bilməli olduğu mərkəz - Uşaq və ailələrə dəstək mərkəzi