"Həzi Aslanov" stansiyası bu tarixdə açılacaq - RƏSMİ - Video

"Həzi Aslanov" stansiyası bu tarixdə açılacaq - RƏSMİ - Video Sosial

Bakı Metropoliteninin “Qırmızı xətt”i üzrə fəaliyyət göstərən “Həzi Aslanov” stansiyası cari ilin sonuna qədər açılacaq.

News24.az xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin Tikinti layihələrinin idarə olunması departamentinin rəis müavini Məmməd Rzayev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hazırda stansiyada təmir və yenidənqurma işləri aparılır və bu proses kifayət qədər vaxt tələb edir.

“Planlaşdırılmış qrafikə əsasən işlərin 2026-cı ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulub. Dövlət proqramı çərçivəsində Y-17 və ya şərti adı “Həzi Aslanov-2” olan stansiyanın inşasının da 2030-cu ilə qədər başa çatdırılması nəzərdə tutulur. Hazırda sözügedən layihə üzrə tikinti işləri davam etdirilir”.