HPV peyvəndi Xidmətlər Zərfinə daxil ediləcək?

HPV peyvəndi Xidmətlər Zərfinə daxil ediləcək? Sosial

“ÜST və Səhiyyə Nazirliyi ilə birlikdə HPV peyvəndləri ilə bağlı müzakirələr aparmışıq”.

News24.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev “2025-ci ilin yekunları və qarşıdakı dövr üçün hədəflər” mövzusunda keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, müzakirələr HPV peyvəndinin İcbari Tibbi Sığortanın Xidmətlər Zərfinə daxil edilməsi ilə bağlı olmayıb:

“Müzakirələrimiz əsasən HPV peyvəndinin ölkədə tətbiqi və onun faydaları barədə olub. Burada bir məqam da var ki, peyvəndi təqdim edən şirkətlər endirimli qiymətlər təklif edir. Bu məsələni ÜST və Səhiyyə Nazirliyi qərar verəcək. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi olaraq isə üzərimizə düşən hər şeyi edəcəyik".