İki gün davam edəcək təhlükə: FHN əhaliyə xəbərdarlıq etdi
Sosial
Fevralın 17-18-də yüksək dağlıq ərazilərdə qar uçqunu riski var.
News24.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi əhaliyə xəbərdarlıq edib.
"Uçqun ehtimalı olan yerlərdən uzaq durun, dik yamaclara çıxmayın. Uçqun başladıqda dərhal yanlara qaçın və yaxınlıqdakı qayaların çıxıntısı altında gizlənin.Uçqun sizi yuyarsa: ağız-burun qoruyun, çöməyin, bədəninizi axına uyğun yönəldin, qollarla boşluq yaradın, qışqırmayın, sakit qalın və xilasediciləri gözləyin", – xəbərdarlıqda bildirilib.