İmtahanlara cəlb olunan nəzarətçilərin sayı açıqlandı

İmtahanlara cəlb olunan nəzarətçilərin sayı açıqlandı Sosial

Respublika üzrə keçirilən imtahanlara nəzarətçilərin cəlb olunması ilə bağlı statistik göstəricilər açıqlanıb.

News24.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin fevralın 4-də keçirilən tədbirində DİM-in Təşkilati-metodik təminat, təlimlər və regional bölmələrlə iş şöbəsinin müdiri Adıgözəl Həbibov bildirib.

O qeyd edib ki, ümumilikdə 14 120 nəzarətçi imtahan prosesinə cəlb edilib və bu, nəzarətçilər bazasının 91,2 faizini təşkil edir:

"İmtahanlara ümumi cəlb olunma sayı isə 56 110 dəfə qeydə alınıb. 356 nəfər müxtəlif səbəblərdən imtahanlara cəlb edilməyib və ya imtahanlarda iştirak edə bilməyib. Beləliklə, ümumi nəzarətçilərin sayı 15 476 nəfər təşkil edib. Statistikaya görə, orta hesabla hər bir nəzarətçi 4 dəfə imtahan prosesinə cəlb olunub. İmtahanlara ümumi cəlb olunma sayı isə 56 110 dəfə qeydə alınıb".

Onun sözlərinə görə, 1 356 nəfər müxtəlif səbəblərdən imtahanlara cəlb edilməyib və ya imtahanlarda iştirak edə bilməyib:

"Beləliklə, ümumi nəzarətçilərin sayı 15 476 nəfər təşkil edib.

Statistikaya görə, orta hesabla hər bir nəzarətçi 4 dəfə imtahan prosesinə cəlb olunub. Məlumatda həmçinin qeyd edilir ki, qəbul və buraxılış imtahanlarına birlikdə nəzarətçilərin 86,6 faizi (13 404 nəfər) cəlb olunub. Qəbul imtahanlarının ikinci mərhələsində bu göstərici 55,6 faiz (8 597 nəfər), buraxılış imtahanlarında isə 69,4 faiz (10 734 nəfər) təşkil edib".