İş icazəsi dalğası: Ən çox müraciət bu sahələr üzrə olub

İş icazəsi dalğası: Ən çox müraciət bu sahələr üzrə olub Sosial

2025-ci ilin 10 ayı ərzində əcnəbilərin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün işəgötürənlər tərəfindən iş icazəsinin alınması və müddətinin uzadılması ilə bağlı 9819 müraciət daxil olub.

Bu barədə News24.az-ın sorğusuna cavab olaraq Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, iş icazəsinin verilməsi (uzadılması) ilə bağlı daxil olmuş müraciətlər tikinti, emal sənayesi və digər 17 iqtisadi fəaliyyət növü üzrə olub.