İxtisas seçimi başa ÇATDI
Sosial
News24.az xəbər verir ki, təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi sosial şəbəkədə abituriyentlərin ixtisas seçimi ilə bağlı son vəziyyəti açıqlayıb.
Onun sözlərinə görə, elektron ixtisas seçimi təsdiqlənib və nəticələrə əsasən bir çox abituriyent plan yerlərindən kənarda qalacaq.
I ixtisas qrupu üzrə 20 min 385 plan yerinə qarşı 23 min 918 abituriyent seçim edib. Bu o deməkdir ki, təxminən 3 533 nəfər kəsiləcək.
II ixtisas qrupu üzrə 14 min 935 plan yerinə qarşı 19 min 39 seçim edilib. Nəticədə 4 104 nəfər kəsiləcək.
III ixtisas qrupu üzrə 15 min 583 plan yerinə qarşı 24 min 414 seçim təsdiqlənib. Faktiki olaraq 8 831 nəfər kənarda qalacaq.
IV ixtisas qrupu üzrə 4 min 732 plan yerinə qarşı 6 min 966 seçim var. Burada da 2 234 nəfər müsabiqədən keçə bilməyəcək.
V ixtisas qrupu üzrə 4 min 704 plan yerinə qarşı 16 min 517 seçim edilib. Nəticədə 11 813 nəfər kəsiləcək.
Ekspert bildirib ki, ümumilikdə on minlərlə abituriyent plan yerlərinin məhdudluğu səbəbindən müsabiqədən kənarda qalacaq.