Kabel televiziyalarında problem yaranıb

Kabel televiziyalarında problem yaranıb Sosial
Bu gün səhər saatlarından etibarən “ATV+” və “KATV – 1” kabel kanallarının efirində problem yaranıb. 

Abunəçilər əksər kanallarının açılmadığını qeyd edirlər. Bu kanallar həm yerli, həm də xarici kanallardır. 

Məsələ ilə bağlı ATV+ kanalı ilə əlaqə saxladıq. Şirkətdən bildirilib ki, problemdən xəbərdardırlar: “Ola bilsin, hava şəraiti ilə əlaqədar Teleqüllənin işində problem yaranıb. Məsələ gün ərzində həll ediləcək”.


//Qafqazinfo