Kəmalə Ağazadənin son vəziyyəti açıqlandı
Sosial
Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadənin səhhəti ilə bağlı hazırkı vəziyyəti açıqlanıb.
News24.az xəbər verir ki, Azərbaycan Uşaqlar Birliyindən verilən məlumata görə, hazırda Kəmalə Ağazadənin Sabunçu Tibb Mərkəzində müalicəsi davam edir:
"Həkimlər onun vəziyyətini stabil olaraq qiymətləndirirlər. Səhhətində artıq müsbətə doğru irəliləyişlər müşahidə olunur. Göstərilən tibbi yardıma görə Sabunçu Tibb Mərkəzinə təşəkkürümüzü bildiririk. İnanırıq ki, yaxın zamanda Kəmalə xanım tam sağlamlığına qovuşacaq və uşaqlarımızın, eləcə də onu sevənlərin yanına dönəcək".
Qeyd edək ki, bir neçə gün öncə Kəmalə Ağazadə səhhətində yaranmış narahatlıqla əlaqədar Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Ona dəqiqləşdirilməmiş pnevmoniya diaqnozu qoyulub. (Bizim.media)